2 yaşlı yəmənli uşaq- Trampın mühacirlərlə mübarizəsinin yeni qurbanı
Vaşinqtonun uşaqlara qarşı anti-miqrasiya qaydalarının tətbiqi üzrə bəşəriyyətə zidd addımlarının ardınca iki yaşlı yəmənli uşaq Amerikada mühacir anası ilə son görüşdən sonra həyatını itirib.
Amerikanın Oklend ştatında yerləşən bir xəstəxanada müalicə olunan iki yaşlı yəmənli uşaq Abdullah Həsən anası ilə son görüşdən sonra həyatla vidalaşıbdır.
ABŞ-ın dövlət başçıları Donald Trampın anti-miqrasiya fərmanının icrası istiqamətində bu uşağın anasının onun üçün vizanın açılması xahişinə qarşı çıxıblar, halbuki həkimlər bu ananın öz xəstə uşağının müalicəsində iştirakını son dərəcə təsirli və zəruri hesab etmişdilər.
Abdullah Həsən 2017-ci ilin oktyabrında atası ilə yanaşı Amerikaya səfər etdi, amma anası Amerika vətəndaşlığına malik olmadığına görə, öz ailəsinə qovuşmaq icazəsi əldə etmədi.
Donald Tramp sərt anti-miqrasiya qaydaları tətbiq etmək və mühacir uşaqların öz valideynlərindən ayrılmaları xüsusiyyət təşkil etməklə "sıfır tolerantlıq" siyasəti yürütməklə miqrantlar və onların ailələri üçün bir çox problemin yaranmasına bais olubdur.