Amerikan koalisiyanın qırıcıları Suriya ordusunun Diyrəzzurdakı mövqelərinə hücum ediblər
ABŞ-ın komandanlığı altında olan sözdə beynəlxalq anti-İŞİD koalisiyanın qırıcıları dünən gecə Suriya ordusunun Diyrəzzur vilayətindəki Əlbukamal şəhərində yerləşən mövqelərini hədəfə alıblar.
Amerikan koalisiyanın qırıcıları Suriya ordusunun Əlbukamaldakı artilleriya qərargahını bombardman ediblər.
Bu hücumda iki suriyalı əsgər yaralanıb və bu ölkə ordusunun bir ədəd tankı məhv edilibdir.
Amerika və sionist rejim daim terroristlərə dəstək olmaq üçün Suriya ordusunun mövqelərini hədəfə alırlar.
Suriya dövləti dəfələrlə BMT-nin baş katibinə və bu təşkilatın Təhlükəsizlik Şurasının sədrinə məktublar göndərərək, onlardan amerikan koalisiyanın Suriyadakı cinayətlərinə son qoymalarını istəyibdir.
Suriya prezidenti Bəşşar Əsəd son zamanlar bildirmişdi ki, amerikan koalisiya əslində Suriyada İŞİD terror qrupunun hava qüvvələrinə çevrilibdir.