Fev 18, 2019 19:41 Asia/Baku
  • Ruhani: İranın qüdrəti əsla başqaları üçün bir təhdid deyildir

İran İslam Respublikasının prezidenti İranın müdafiə qüdrətini ölkənin maraqlarının qorunması üçün adlandırıb və deyib ki, İran heç vaxt bir torpağa və bir ölkəyə təcavüz niyyətində deyildir.

Həsən Ruhani bu gün axşam "Fateh" sualtı qayığının İran İslam Respublikası ordusunun dəniz qüvvələrinə qatılması mərasimində əlavə edib: Ordunun dəniz qüvvələri nəinki ölkənin Fars Körfəzi, Oman dənizi, Xəzər dənizi və Hind okeanı mənsəbindəki sahillərini müdafiə edir, həm də beynəlxalq sularda öz iştirakı və qüdrəti ilə İran xalqının xeyrinə gəmiçilik təhlükəsizliyi və İran İslam Respublikasının maraqlarını qoruyur və İranın qüdrətində təsiredicidir.

İran İslam Respublikasının prezidenti vurğulayıb ki, dəniz qüvvələri xüsusi yerə malikdir. O, deyib: Düşmənlərin təzyiq və sanksiyaları, həmçinin icbari müharibə səbəb oldu ki, İran müdafiə sənayesində, xüsuən dəniz sənayesində, suüstü və sualtı bölmələrin yaradılmasında iqtisadi müstəqilliyə çatmış olsun.

Teqlər