İranın milli "water jet" mühərrikinin təqdimatı
İranın milli "water jet" mühərrikinin təqdimat mərasimi müdafiə nazirinin iştirakı ilə Şərif Sənaye Universitetində keçirilib.
İRNA-nın məlumatına görə, İran İslam Respublikasının müdafiə naziri general-mayor Əmir Hatəmi bazar ertəsi günü milli "water jet" mühərrikinin istifadəyə verilməsi mərasimində dedi: Ötən il İranın "water jet" sistemləri ilə bağlı sanksiyalara məruz qalmasını nəzərə alaraq, iranlı mütəxəssislər dərhal onun yerli istehsalına başladılar.
General-mayor Hatəmi "water jet" mühərrikinin gəmiçilik sənayesində zəruri elementlərdən olduğuna təkid edərək, əlavə etdi: Bu mühərrik müxtəlif ölçüdə olan hərbi gəmilər, xilasedici gəmilər, yanğınsöndürmə gəmiləri, ticarət gəmiləri və əyləncə gəmilərinin hərəkətə gətirilməsində istifadə edilir.
İranın Müdafiə Nazirliyinin Dəniz Sənayesi Təşkilatının sədri kontr-admiral Əmir Rəstqari də bu mərasimdə dedi: Dünyada 10 ölkə bu mühərrikin istehsalı ilə məşğuldur.
Onun dediyinə görə. İranın milli "water jet" müh ərriki dərinliyi az olan sularda da hərəkət etməyə imkan verir.