Ermənistanda bir ingilis şirkətə qarşı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/Özəl-i340346-ermənistanda_bir_ingilis_şirkətə_qarşı_aksiya_keçirilib
Ermənistanın Cermuk şəhərinin yaxınlığındakı qızıl mədənində qazıntı işləri aparan bir ingilis şirkətə qarşı etiraz aksiyası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2019 18:44 Asia/Baku
  • Ermənistanda bir ingilis şirkətə qarşı aksiya keçirilib

Ermənistanın Cermuk şəhərinin yaxınlığındakı qızıl mədənində qazıntı işləri aparan bir ingilis şirkətə qarşı etiraz aksiyası keçirilib.

Bu mədən ətrafındakı kənd sakinlərindən bir çoxu, ətraf mühit fəalları və sosial təşkilatların üzvlərindən ibarət olan etirazçılar vurğulayıblar ki, "Lidiya" adlı ingilis şirkətin hərəkətləri ətraf mühitə böyük ziyanlar vurur. Onlar bu şirkətin fəaliyyətinin tez bir zamanda dayandırılmasını tələb ediblər. Qeyd edək ki, bu mədənə çıxan yollar bir həftə bundan öncədən etirazçılar tərəfindən bağlanıbdır.

Etirazçılar vurğualyıblar ki, "Lidiya" şirkəti bu məntəqədən çıxmayınca, bu yollar bağlı qalmaqda davam edəcəkdir.

Ermənistan hökuməti bu məsələnin həlli üçün bir komitə təşkil edibdir.