Dünya xalqları ABŞ-ın iqtisadi terrorizmi qarşısında mübarizəyə çağırılıblar
Bir Çin qəzeti ABŞ-ın "iqtisadi terrorizmi" adlandırdığı məsələ ilə mübarizə üçün beynəlxalq hərəkata səsləyib.
Çində hakim partiyanın mətbuat orqanı olan "Qlobal Tayms" bu gün yazıb: ABŞ-ın iqtisadi terrorizmi ilə mübarizə üçün dünya ölkələrinin ayağa qalxmalarının vaxtı gəlib çatıbdır. Zira bu ölkə öz yanlış siyasətlərinə görə, dünyanı çaxnaşmaya salıb və silah satışları ilə dünyanın müxtəlif məntəqələrində səbatsızlığa səbəb olubdur.
Bu Çin qəzeti Amerikanı özünün birtərəfli qanunları və baxışlarını digər ölkələrə qəbul etdirməkdə ittiham edib və bildirib ki, Ağ Ev bu hərəkətlə öz maraqlarını təmin etmək məqsədini güdür.
"Qlobal Tayms" qəzeti yazıb: Amerika təkcə Çini hədəfə almayıbdır. O, həm də başqa ölkələrə qarşı böyük bir iqtisadi terrorizm cəbhəsi açıbdır.