İyul 15, 2019 18:09 Asia/Baku
  • Fransa polisi ilə aksiyaçılar arasında toqquşma baş verib

Fransa milli günü ilə bir vaxtda Şanzelize prospektində anti-hökumət aksiyası keçirilib və Makronun müxaliflərindən 200-dən çox aksiyaçı həbs olunub.

Fransa xalqı bu ölkənin 230-cu milli gününü qeyd edib. Fransa milli günü şənlikləri "Bastil günü şənlikləri" kimi məşhurdurlar. Bu şənliklər 1880-cı ildən bəri Fransada keçirilməkdədir. Etirazçılar 230 il bundan öncə zindanlara basqın edərək, böyük Fransa inqilabına şərait yaratdılar. İndi bəziləri belə görünür ki, tarixi təkrar etmək niyyətindədirlər.

Fransa polisi Şanzelize prospektində milli şənliklərin və ordunun paradının keçirildiyi məkanlara çıxan yolları bağlamışdı. Polis etirazçıların oraya yaxınlaşmalarına icazə vermirdi. Bu təsvirlər yeni bir inqilab üçün tələbin bir hissəsini göstərir. Etirazçılar Paris polisi ilə toqquşublar və polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Fransalı etirazçılar kapitalizm rejiminə qarşı hərəkatın başlandığı zamandan bəri neçənci dəfə olaraq, bir daha bu ölkənin prezidenti Emmanuel Makronun istefa verməsini tələb ediblər.

Faktlar göstərir ki, Fransa etirazları davam edəcək və bu tezliyə başa çatmayacaqdır.

Teqlər