Suriyanın HHM qüvvələri hücumçu raketlərlə mübarizə aparıblar
https://azeri.sahartv.ir/news/Özəl-i344826-suriyanın_hhm_qüvvələri_hücumçu_raketlərlə_mübarizə_aparıblar
Suriyalı medialar bu gün səhərçağı bu ölkənin qərbində yerləşən Həmah əyalətindəki Məsyaf şəhərinə qarşı raket hücumundan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2019 14:41 Asia/Baku
  • Suriyanın HHM qüvvələri hücumçu raketlərlə mübarizə aparıblar

Suriyalı medialar bu gün səhərçağı bu ölkənin qərbində yerləşən Həmah əyalətindəki Məsyaf şəhərinə qarşı raket hücumundan xəbər veriblər.

Suriya ordusu bu raket hücumu ilə mübarizə aparıbdır.

Ələxbariyyə telekanalının məlumatına görə, Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri bir neçə raketi izləyərək, məhv ediblər.

Sionist mediaların məlumatlarına görə, Məsyaf şəhərindəki bir araşdırma mərkəzi bu raket hücumunun məqsədi olubdur.

Bəzi informasiya mənbələri də bildiriblər ki, bu hücum terrorçular tərəfindən həyata keçirilibdir.

Sionist rejim daim terrorçuları himayə etmək üçün Suriya ordusunun mövqeləri və infrastrukturlarını hədəfə alır.