İyul 28, 2019 16:43 Asia/Baku
  • İran Bəhreyndə etirazçıların edam olunmalarını pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bəhreyn hökumətinin etirazçıları edam etməsini kəskin tərzdə pisləyib. Deyib ki, xəfiyyə və polis rəftarlarının şiddətlənməsi Bəhreyndə böhranın həllinə kömək etməyəcək.

Seyyed Əbbas Mousəvi bəhreyndə işgəncə altında icbari etirafların alınması və edam olunanların ədalətsiz mühakimələri, eləcə də edam hökmlərinin icrasının dayandırılmasına dair beynəlxalq tələblər barədəki məlumatlara toxunub və belə deyib: Bəhreyn hökumətinin etirazçıların edam olunmalarındakı firqəvi hərəkətləri göstərdi ki, bu hökumət ağıl yolunu seçmək və xalq ilə barışıq yolu ilə özünün düzəltdiyi böhranın həllinə səy göstərmək yerinə, etirazçılara divan tutmaq üzrə öz yanlış siyasətinə israr etməkdə davam edir.

Mousəvi həmçinin bəhreyn hökumətinin özü ilə müxalif olan simaları aradan götürmək üçün əl-Qaidə terror ünsürlərindən və ifratçı qruplardan bəhrələnmək sahəsindəki keçmişinə və sənədlərə işarə edib. O, əlavə edib: Etirazçıların müxtəlif bəhanələrlə edam olunmaları elə öncəki rəftarın davamıdır, amma bu fərqlə ki, bu dəfə hökumət terror qrupları ilə əməkdaşlıq yerinə, özü birbaşa şəkildə etirazçıların aradan götürülmələri siyasətini icra edibdir.

Ali-xəlifə rejimi dünən öz repressiv hərəkətlərinin davamında iki siyasi fəalı edam etdi.

Bu iki bəhreyn vətəndaşının edam hökmünün icrası elə bir halda həyata keçirilibdir ki, BMT, eləcə də insan haqları təşkilatları, o cümlədən Beynəlxalq Amnistiya Təşkilatı və Human Rights Watch təşkilatı cümə günü ali-xəlifə rejimindən istəmişdilər ki, bu hökmün icrasını dayandırsın.

 

Teqlər