Fransa xalqı yay tətillərini küçələrdə keçirir
Fransa xalqının etirazları Fransa beynəlxalq velosipedsürmə yarışları- “Tur de Frans”ın sonuncu mərhələsi ilə bir zamanda Şanzelize prospektindən keçir.
Dəyişməz hərəkat. Fransadakı anti-kapitalizm hərəkatını bu günlər belə adlandırırlar. Özlərinin dediklərinə görə, boş əllə hökumətin dəmir yumruğu qarşısında səkkiz aydır, müqavimət göstərən bir hərəkat.
Mübahisə: Biz boş əllə mübarizə edirik. Baxın görün, hansı Fransa mediası burdadır və etirazları işıqlandırır?
Nəreyşen: Fransa prezidenti Emmanuel Makronun bu ölkənin cənubunda yerləşən öz yay iqamətgahında olduğu bir halda, onun siyasətlərinə etiraz edənlər etirazların 37-ci şənbəsini müxtəlif şəhərlərdə keçiriblər ki, bəlkə sözləri sonda eşidilmiş olsun.
Müsahibə: Xalq indi mövcud olmayan bir şeyin nümayişini deyil, əsl demokratiya istəyir. Nə əsl nümayəndələrə malikik, nə də ki, əsl hökumətə.
Nəreyşen: Öz adət-ənənələrinə görə, heç vaxt yay tətillərini buraxmayan fransızlar bu günlər küçəni öz yay tətilləri məkanı ediblər.
Müsahibə: Əhalinin böyük bir hissəsi yay tətilindədir. Bununla belə, biz gəlmişik ki, bu etirazlar dayanmasın.
Nəreyşen: Fransada ümumi fikiri bu sual düşündürür ki, anti-kapitalizm hərəkatı haçanadək və harayadək davam edəcək?
Müsahibə: Noyabrın 17-ə, küçə hərəkatının ildönümü gününədək işimizi davam etdirəcəyik və o zamanadək mütləq bir nəticəyə çatcağıq.
Nəreyşen: Hər halda, bu günlər Fransa misli görünməmiş xalq hərəkatı və misli görünməmiş istilər kimi misli görünməmiş hadisələri yaşayır ki, öz iş gündəmində on ölü, 14 min yaralı və məhbusa malikdir.
Plato:
Bugünkü etirazlar sabah Şanzelize-yə çəkiləcək. Fransa beynəlxalq velosipedsürmə yarışları- “Tur de Frans”ın sonuncu mərhələsi məhz bu məkandan keçməlidir. İndi baxıb görmək lazımdır ki, 14 iyul Fransa milli günü hadisələri təkrar olacaqdırmı?