İyul 31, 2019 22:10 Asia/Baku
  • Ruhani: İranın neft və bank əlaqələrinin adiləşdirilməsi Avropadan gözlənilən öhdəliklərin birinci addımıdır

İran İslam Respublikası prezidenti dünən gecə Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində bildirib ki, Avropa İranla əməkdaşlıq və öhdəliklərinə əməl etmək üçün bir çox fürsəti itirib. O, vurğulayıb ki, İranın neft və bank əlaqələrinin adiləşdirilməsi Avropadan gözlənilən öhdəliklərin birinci addımı olacaqdır.

Həsən Ruhani bu telefon bağlantısında bildirib ki, Amerikanın iqtisadi terrorizmi xalqın əsas istehlak malları və ehtiyaclarının təmini sahəsi daxil olmaqla insanlığa zidd bir hərəkət idi. O, deyib: İranın nüvə anlaşması öhdəliklərinə tam sadiq qaldığı bir şəraitdə qarşı tərəfin özünün minimum öhdəliklərinə əməl etməməsi İran xalqı tərəfindən qəbuledilməzdir.

İran İslam Respublikası prezidenti qeyd edib ki, Amerikanın regiondakı gərginlik yaradan siyasətlərinin davam etməsi regionaşırı və beynəlxalq əlaqələrin sabitliyi və təhlükəsizliyində mənfi təsirləri əhatə edir. O, vurğulayıb ki, İran İslam Respublikası daim Fars Körfəzi, Hörmüz boğazı və Oman dənizində gəmiçiliyin azadlığı və təhlükəsizliyinin əsas təminedicisi olacaqdır.

Makron da bu telefon söhbətində deyib ki, Fransa İranın nüvə anlaşmasındakı maraqlarının təmini və Tehranın digər ölkələrlə iqtisadi əlaqələrinin adiləşdirilməsi istiqamətində əlindən gələni edəcəkdir.

 

Teqlər