İslam Partiyasının sədr müavinin həyatı təhlükədədir
Azərbaycan İslam Partiyasının sədr müavini Ruhullah Axundzadənin səhətində yenidən problem yaranıb.
Bu barədə azadliq.info-ya məhkumun yaxınları bildiriblər. Məlumatda bildirilir ki, 65 yaşlı siyasi məhbus miokard infaktdan sonra aldığı müalicə efektiv olmayıb.
“2013-cü ilin may ayında miokrd infaktı keçirən Ruhullah Axundzadə müalicə alsa da, mövcud şərait və qərəzli münasibət onun sağalmasına deyil, xəstəliyinin daha da şiddətlənməsinə səbəb olub. Hipertoniyadan əziyyət çəkən R. Axundzadənin müxtəlif xəstəliklər səbəbindən dərman asılılığı hal hazırda gözlərinin tutulması, kəskin böyrək çatışmamazlığı, qara ciyərində ciddi zədə və qarın boşluğu problemlərinin intensivliyinə gətirib çıxarıb. Son günlər isə o ağırlaşan vəziyyəti səbəbindən gündəlik həbsxana qaydlarına belə riayət edə bilmir.”, – deyə yaxınları qeyd edirlər.
Azərbaycan İslam Partiyasının sədr müavini, Astara rayon təşkilatının sədri Ruhullah Axundzadə 2011-ci il yanvarından həbs edilib. Uzun sürən məhkəmədən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Yaxınları, özü və vəkilləri təqsirsiz olduğunu bildirir. Yerli və Beynəlxalq hüquq müdafiə təşkilatları Ruhulla Axundzadəni siyasi məhbus kimi tanıyır.