Sepah-ın sözçüsü: Amerika və sionist rejimin şadlığı matəmə çevriləcək
https://azeri.sahartv.ir/news/Özəl-i355248-sepah_ın_sözçüsü_amerika_və_sionist_rejimin_şadlığı_matəmə_çevriləcək
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin şəhadətilə bağlı başsağlığı verərək, vurğulayıb ki, amerikanların və sionistlərin ani şadlığı matəmə çevriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2020 13:53 Asia/Baku

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin şəhadətilə bağlı başsağlığı verərək, vurğulayıb ki, amerikanların və sionistlərin ani şadlığı matəmə çevriləcək.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü briqada generalı pasdar Rəməzan Şərif deyib ki, Sepah, xalq və İslam Dünyasındakı müqavimət cəbhəsi general-leytenant Qasem Soleymaninin qanının intiqamını alacaqlar.

General Şərif bildirib ki, bu gün Sepah və müqavimət cəbhəsi üçün yeni bir fəsil başlanacaq. O, əlavə edib: Bu ləyaqətli və şücaətli komandanın yetişdirmələri onun amallarını həyata keçirəcəklər.

General-leytenant pasdar Qasem Soleymani bu gün səhər tezdən təcavüzkar və terrorçu amerikan qüvvələrin hava hücumunda İraqın Bağdad şəhərinin beynəlxalq hava limanının yaxınlığında şəhid edilibdir.