General Soleymaninin terror edilməsi ABŞ-ın regiondakı iştirakının bitməsinin başlanğıc nöqtəsidir
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı/ general-leytenant Qasem Soleymanini Amerikanın strateji məğlubiyyətlərinin memarı adlandırıb. Vurğulayıb ki, general Soleymaninin terror edilməsi ABŞ-ın regiondakı iştirakının bitməsinin başlanğıc nöqtəsidir.
Verilişin müddəti : 00:02:00
Tarix : 2020/01/05
-------------------------------------------------------------------------
Briqada generalı pasdar Hoseyn Səlami IRIB ilə müsahibədə vurğulayıb: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah şübhəsiz, Amerikadan ağrılı və peşmanedici bir intiqam alacaq.
General Səlami deyib: General Soleymaninin geniş bir coğrafiyada cızdığı xətlər və yaratdığı qüdrət, amerikalıların meydana gətirdikləri İŞİD-i və təkfirçi terrorçu cəbhəni məğlubiyyətə uğratdı və bu siyasətə son qoydu.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı müqavimət cəbhəsinin vahid mahiyyəti və davamını general Soleymaninin mübarizələrinin məhsulu adlandırıb və belə deyib: Təbiidir ki, düşmən belə bir komandanın iştirakına dözə bilməz və nəhayət namərdcəsinə şəkildə bu ölməz və məşhur qəhrəmanı şəhid edər.
General Səlami İslam Ümmətinin düşmənləri kimi Amerikanın müttəfiqlərinə xəbərdarlıq edərək, vurğulayıb: Öz gizli rəftar və fitnələrinizi yenidən nəzərdən keçirin və ehtiyatlı olun ki, Amerikanın siyasətlərinin qurbanı olmayasınız.
-------------------------------------------------------------------------
Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.