Qəzzədə şəhid Süleymaniyə əzadarlıq çadırları qurulub
Qəzzədə yaşayan fələstinlilər İran xalqı və İslam Ümmətinə başsağlığı veriblər və Komandanların şəhid edilməsinin İslam Ümmətini, cihad və müqavimət yolundan ayırmayacağını vurğulayıblar.
Verilişin müddəti : 00:01:30
Tarix : 2020/01/08
-------------------------------------------------------------------------
General Süleymaninin terror edilməsi xəbəri hələ də Qəzzədə müzakirə olunur və fələstinli cihad qrupları bu gün Qəzzə şəhərinin mərkəzində yerləşən naməlum əsgər məhəlləsində anım mərasimi keçirib və Fələstinin xalqı və Müqavimt Hərəkatlarının heç zaman İran və general Süleymaninin dəstəklərini və himayələrini unutmayacaqlarını qeyd ediblər.
M.M: "Qəzzə əhalisi və Fələstinin müqavimət hərəkatı İran və general Süleymaniyə sadiq qalacaqlarına təkid edirlər. Biz sionistlərin və Amerikanın bu çirkin cinayətini qınayırıq. Onlar bilməlidirlər ki, müqavimət heç vaxt bitməyəcək və Fələstinin tamamilə azad edilməsi günə qədər davam edəcəkdir".
Qəzzədə qurulan bu əzadarlıq çadırlarında xalqın geniş iştirakının şahidiyik, eyni zamanda Həmas və digər fələstinli qruplar vurğulayıblar ki, general Süleymaninin şəhid edilməsi İslam və Ərəb Ümmətləri üçün dönüş nöqtəsidir və Fələstin xalqı onun yolunun davam etdirilməsi üçün hazırdır.
M.M: " Fələstin Müqavimət Hərəkatları böyük bir komandanı itirdiklərini düşünürlər. Biz bu çadırları qurmaqla bütün şəhidlərə işğalçılığa son qoyulan günə qədər onların yolunu davam etdirəcəyimizə söz veririk.
-------------------------------------------------------------------------
Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.