Yan 09, 2020 00:00 Asia/Baku

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah İraqda yerləşən amerikalı hərbçilərin Eynuləsəd hərbi bazasını hədəfə alaraq, təcavüzkar amerikalı qüvvələrin general-leytenant pasdar Qasem Soleymanini terror etmək üzrə cinayətkar əməliyyatına qətiyyətli cavab verdi.

Verilişin müddəti : 00:03:10

Tarix : 2020/01/08

 

-------------------------------------------------------------------------

 

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bir bəyanatda bildirib: Kədərli İslam Ümməti, İslami İranın böyük və şəhidpərvər xalqı, sadiq vədin həyata keçməsi vaxtı gəlib çatdı və Allah-Taalanın izni ilə bu gün, çərşənbə günü səhər tezdən təcavüzkar amerikalı qüvvələrin cinayətkarcasına və terroçu əməliyyatına cavab və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin fədakar və qəhrəman komandanı, general-leytenant pasdar şəhid Qasem Soleymani və silahdaşlarının namərdcəsinə terror edilmələri və məzlumcasına şəhadətlərinin intiqamını almaq istiqamətində Sepah-ın hava-kosmos qüvvələrinin şücaətli döyüşçüləri şəhid Soleymani əməliyyatı adı altında uğurlu bir əməliyyatda müqəddəs “Ya, Zəhra(s.ə.)” rəmzi ilə onlarla “yer-yer” tipli raket ataraq, Amerikanın təcavüzkar və terrorçu ordusunun İraqda yerləşən Eynuləsəd adlı işğal olunmuş hava bazasını darmadağın ediblər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bu böyük qələbə münasibətilə İslam Ümmətini, həmçinin İslami İranın böyük və fədakar xalqını təbrik edib.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bu bəyanatda böyük şeytan, zalım və qəddar Amerika rejiminə xəbərdarlıq edibdir ki, hər bir yeni şər hərəkət və ya digər bir təcavüz bundan da ağrılı və bundan da dağıdıcı zərbələrlə cavablandırılacaqdır.

Həmçinin bu bəyanatda öz bazalarını Amerikanın terrorçu ordusunun ixtiyarına qoymuş bu ölkə ilə müttəfiq dövlətlərə xəbərdarlıq edilir ki, hər bir tərtibatla İran İslam Respublikasına qarşı düşməncəsinə və təcavüzkarcasına hərəkətlərin başlanğıc nöqtəsi olacaq hər bir ölkə hədəfə alınacaqdır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah həmçinin bu açıqlamada bildirib ki, heç bir vəchlə sionist rejimi bu cinayətlərdə cinayətkar Amerika rejimindən ayrı hesab etməyəcək. Sepah Amerika xalqında tövsiyə edibdir ki, daha artıq xəsarətlərin qarşısını almaq üçün amerikalı hərbçiləri regiondan geri çağırsın və icazə verməsin ki, xalqa qarşı yönəlmiş və Birləşmiş Ştatlara hakim kəsilmiş bir rejimin günbəgün artan nifrətyaratması ilə həmin ölkə hərbçilərinin həyatı bundan artıq təhlükəyə düşmüş olsun.

Yanvarın üçündə İraq rəsmilərinin rəsmi dəvətilə həmin ölkəyə səfər etmiş İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani İraqın xalq səfərbər qüvvələri- Əlhəşduşşəbi-nin rəis müavini Əbu Məhdi Əlmuhəndis, eləcə də digər səkkiz nəfərlə yanaşı təcavüzkar və terrorçu amerikalı qüvvələrin İraqın Bağdad şəhərindəki beynəlxalq hava limanına qarşı hava hücumunda şəhid edildi.

 

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər