Rəisi son təyyarə qəzası ilə bağlı məhkəmə tədbirlərinin sürətləndirilməsinə göstəriş verib
İranın Məhkəmə Hakimiyyətinin sədri İran İslam Respublikası Silahlı Qüvvələrinin Məhkəmə Təşkilatının sədrinə göstərişdə Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı məhkəmə fəaliyyətlərinə və faktların toplanmasına təkid edib.
Verilişin müddəti : 00:01:32
Tarix : 2020/01/11
-------------------------------------------------------------------------
Seyyed Ebrahim Rəisi bu gün Ukrayna təyyarəsinin Tehran ətrafında qəzaya uğramasından və bir qrup iranlının və bəzi digər ölkələrin vətəndaşlarının həlak olmalarından təəssüf ifadə edərək, İran İslam Respublikası Silahlı Qüvvələrinin Məhkəmə Təşkilatının sədri Şokrullah Bəhramiyə məktubda bildirib: Tez bir zamanda bu hadisə ilə bağlı olan faktlar toplansın və məlumatlı məsul şəxslərdən izahat istənilməklə bu acınacaqlı hadisənin baş verməsi amillərinin məhkəmə reallığının müəyyən edilməsi barədə addım atılsın.
Həmçinin İranın baş prokuroru Mohəmməd Cəfər Montəzeri Tehranın hərbi prokuroruna məktubda Ukrayna təyyarəsi hadisəsinin səbəb və amillərinin aşkar edilməsinə təkid edib.
Keçən çərşənbə günü səhər Tehranın İmam Xomeyni hava limanı yaxınlığında Ukrayna Hava Yollarına məxsus bir sərnişin təyyarəsi qəzaya uğradı və onun bütün sərnşinləri həyatını itirdi.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bir məlumatda ABŞ-ın prezidenti və hərbi komandanlarının İran ərazisindəki hədəflərə qarşı hücuma dair təhdidlərinə və amerikalı terrorçuların İran ətrafındakı hərbi uçuşlarının artmasına işarə edərək, bildirib: Təyyarənin dönməsinə və həssas bir hərbi mərkəzə yaxınlaşmasına görə insan səhvinin baş verməsi Ukrayna təyyarəsinin hədəfə alınması və qəzaya uğramasının amili olubdur.
-------------------------------------------------------------------------
Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.