Çin aviaşirkəti Bakıya uçuşları dayandırdı
https://azeri.sahartv.ir/news/Özəl-i356861-Çin_aviaşirkəti_bakıya_uçuşları_dayandırdı
Çinin “China Southern Airlines” aviaşirkəti Quançjou-Bakı-Quançjou marşrutu ilə birbaşa uçuşları dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2020 19:45 Asia/Baku

Çinin “China Southern Airlines” aviaşirkəti Quançjou-Bakı-Quançjou marşrutu ilə birbaşa uçuşları dayandırıb.

Bu barədə “China Southern Airlines”ın Bakı nümayəndəliyindən bildiriblər.
Qeyd olunub ki, Quançjou-Bakı aviareysi martın 29-dək dayandırılıb: “Səbəblər hələlik məlum deyil. Bizə bu barədə Çində “China Southern Airlines”dən bildiriblər”.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib ki, Azərbaycana gedən bütün insanlar koronavirusla bağlı yoxlanılır.
İsayev koronavirusun yayılma ehtimalını rədd etmir.
Onun sözlərinə görə, xəstələr olarsa, onlardan patoloji material götürülüb öyrəniləcək. Çində yeni koronavirusa yoluxanların sayı 5974 nəfərə çatıb, onlardan 132 nəfəri dünyasını dəyişib.