Fev 04, 2020 19:08 Asia/Baku
  • ABŞ-ın “əsrin sövdələşməsi” planı İranın məhkəmə hakimiyyəti tərəfindən hüquqi cəhətdən təqib olunacaq
    ABŞ-ın “əsrin sövdələşməsi” planı İranın məhkəmə hakimiyyəti tərəfindən hüquqi cəhətdən təqib olunacaq

İranın məhkəmə hakimiyyətinin sözçüsü amerikan-sionist “əsrin sövdələşməsi” planının beynəlxalq təşkilatlarda təqib olunacağını bildirib.

Qolamhoseyn Esmaili Tehranda bir mətbuat konfransında bildirib ki, “əsrin sövdələşməsi” işğalçılıq və təcavüzkarlığın rəsmən tanınması deməkdir. O, deyib: Bu plan həm Fələstin mənşəli müsəlman və hətta qeyri-müsəlmanların ölkə suverenliyi haqlarının pozulması, həm də xalqın öz müqəddəratına hakimiyyət ilə bağlı hüququnun pozulması hesab olunur.

Esmaili söyləyib: İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə müavinliyi hüquqi əsaslara, həmçinin beynəlxalq hüquq normaları, BMT nizamnaməsi və xalqın suverenliyi ilə malik olduğu təzadlarına görə, “əsrin sövdələşməsi” planını İran Xarici İşlər Nazirliyinin mehvər olması ilə beynəlxalq təşkilatlarda təqib edəcək.

İranın məhkəmə hakimiyyətinin sözçüsü həmçinin Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin bir neçə agentinin həbs olunmasına işarə edib və onların edam hökmlərini təsdiq edərək, deyib: Casuslardan xəbər və məlumatlar toplamaq üçün bəhrələnmə və İran İslam Respublikasına zərbə vurma Amerika hökumətinin İrana qarşı düşmənçilik fəaliyyətlərindəndir.


 

 

 

Teqlər