Səməd Seyidov: 'Təzyiq yolu heç nəyə gətirməz'
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib:«Seçkilər yüksək səviyyədə keçirilib. Məsələnin konstruktiv şəkildə həlli siyasi bəyanatla, təzyiqlə deyil, konkret faktlarla müşahidə edilməlidir. Təzyiq yolu heç nəyə gətirməz».
Səməd Seyidov 9 fevral növbədənkənar parlament seçkilərinə dair beynəlxalq müşahidəçilərin ilk dəyərləndirməsinə münasibət bildirərkən qeyd edid: Erkən parlament seçkilərində yerli müşahidəçilər, media təmsilçiləri çoxsaylı pozuntuları sənədləşdirərək yayıblar. Fevralın 10-da isə beynəlxalq müşahidə missiyasının birgə bəyanatı yayılıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmazlıqlarının göstəricisidir», – hesabatda vurğulanır.