İngiltərə və Fransada qasırğa böyük xəsarətlər törədib
https://azeri.sahartv.ir/news/Özəl-i357882-İngiltərə_və_fransada_qasırğa_böyük_xəsarətlər_törədib
“Dennis” qasırğası İngiltərə, Fransa və Belçika daxil olmaqla bəzi Avropa ölkələrində xəsarətlərə bais olub. Bu istiqamətdə İngiltərədə bir kişi çaya düşərək, həyatını itirib. Bu qasırğa bazar günü gecə Fransadan keçərək, 45 min ailənin elektrik enerjisinin kəsilməsinə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2020 18:59 Asia/Baku
  • İngiltərə və Fransada qasırğa böyük xəsarətlər törədib
    İngiltərə və Fransada qasırğa böyük xəsarətlər törədib

“Dennis” qasırğası İngiltərə, Fransa və Belçika daxil olmaqla bəzi Avropa ölkələrində xəsarətlərə bais olub. Bu istiqamətdə İngiltərədə bir kişi çaya düşərək, həyatını itirib. Bu qasırğa bazar günü gecə Fransadan keçərək, 45 min ailənin elektrik enerjisinin kəsilməsinə səbəb olub.

“Dennis” qasırğası güclü külək və yağışla bütün İngiltərəni bürüyüb və yerli rəsmiləri daşqın təhlükəsi barədə qırmızı xəbərdarlıq verməyə məcbur edib.

Daşqın xəbərdarlığı bazar günü bütün İngiltərədə- Şotlandiyanın şimalından bu ölkənin cənub-qərbində yerləşən Kronovall bölgəsinədək bərqərar olub. Bu atmosfer durumu səbəb olub ki, yüzlərlə hava reysi ləğv edilmiş olsun. Dəmiryolu xidmətləri də daşqına görə pozulub və on minlərlə müsafir problemə və çətinliyə düçar olubdur.

Belçika və Fransada qasırğanın hərəkətinin davamında xəbərdarlıq vəziyyəti elan olunub. Bu ölkələrin başçıları öz xalqlarından istəyiblər ki, ehtiyat etsinlər. Brüsseldə və bəzi digər şəhərlərdə parklar bağlanıbdır.