İran xalqı ilk dəqiqələrdən səsvermədə geniş şəkildə iştirak edir
Fev 21, 2020 12:02 Asia/Baku
İslami İran xalqı İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə 5-ci çağırış birinci ara seçkilərinin başlanmasının ilk dəqiqələrindən 208 seçki dairəsində iştirak edib.
İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə 5-ci çağırış birinci ara seçkiləri bu gün səhər saat 8-dən başlanıb.
İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərində 57 milyon 918 min nəfər səsvermə haqqına malikdir. Bunların iki milyon 931 min nəfəri ilk dəfə olaraq seçkilərdə iştirak edə bilər.
Səsvermə on saat davam edəcək və lazım olan, həmçinin valilərin və icra başçılarının elan edəcəkləri təqdirdə bu müddət uzadıla bilər.