500 min amerikalı küçələrdə yatır
https://azeri.sahartv.ir/news/Özəl-i358678-500_min_amerikalı_küçələrdə_yatır
2020-ci Amerika prezident seçkilərinə demokratların ehtimal olunan namizədi, Vermont ştatının senatoru Berni Senders dünən tvitterdə bildirib ki, 500 mindən çox amerikalı gecələr küçələrdə yatırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2020 18:00 Asia/Baku
  • 500 min amerikalı küçələrdə yatır

2020-ci Amerika prezident seçkilərinə demokratların ehtimal olunan namizədi, Vermont ştatının senatoru Berni Senders dünən tvitterdə bildirib ki, 500 mindən çox amerikalı gecələr küçələrdə yatırlar.

Tramp hökumətinin siyasətlərini tənqid edən Senders bildirib ki, Birləşmiş Ştatların büdcəsi bu ölkənin törətdiyi savaşlara yox, müalicə xidmətlərinə xərclənməlidir.

Berni Senders ötən həftənin bazar günü də tvitter-də amerikalılara xitabən yazmışdı ki, əgər bir-birimizlə müttəfiq olsaq, Amerikanın modern tarixinin ən təhlükəli prezidentini məğlub etmiş olarıq.

Senders həmçinin digər bir tvitt-də yazıb: Qəbul etmək olmaz ki, amerikalılar çörək qazanmaq üçün iki və ya üç peşəyə möhtac olmalıdırlar.

ABŞ konqresinin müsəlman nümayəndəsi İlhan Ömər də bundan öncə tvitter-də bildirmişdi ki, bu ölkədə on bir milyon uşaq aclıqla üzləşir.

İlhan Ömər amerikalı uşaqların pis şəraitini tənqid edib. Bildirib ki, bir çox amerikalı tələbə pulsuzluq ucbatından ac qalır.

Amerika mənzil və şəhər inkişafı departamenti son zamanlar bildiribdir ki, bu ölkənin müxtəlif ştatlarında minlərlə ailə pis iqtisadi vəziyyətə görə, öz mənzilini itirib və acınacaqlı şəraitdə yaşayır.

Ekspertlər Amerika prezidenti Donald Trampın hökumətinin qeyri-düzgün siyasətlərini bu ölkədə yoxsulluq və evsizliyin artmasının əsas dəlillərindən hesab edirlər.

Son aylar Amerikanın hazırkı və keçmiş rəsmilərindən bir çoxu, həmçinin bu ölkə xalqı Trampı tənqid edərək, onu ləyaqətsiz adlandırıbdır.

500 MİNDƏN ÇOX AMERİKALI KÜÇƏLƏRDƏ YATIR