Mart 04, 2020 09:38 Asia/Baku
  • İİR XİN-in koronavirus epidemiyasının buraxdığı mənfi təsirləri minimuma endirmək üzrə addımları
    İİR XİN-in koronavirus epidemiyasının buraxdığı mənfi təsirləri minimuma endirmək üzrə addımları

İran Xarici İşlər Nazirliyinin sözçüsü bu nazirliyin koronavirus epidemiyasından irəli gələn neqativ təsirləri minimuma endirmək üzrə addımları şərh edib.

Seyyed Əbbas Mousəvi dünən deyib: Koronavirusun İrana daxil olmasının elan və təsdiq edilməsindən sonra İrandakı bütün xarici səfirlər, Ümumdünya Səhiyyə Təşkilatı daxil olmaqla İrandakı beynəlxalq orqanların nümayəndələri, eləcə də İran Səhiyyə Nazirliyinin nümayəndələri əsaslandırma iclaslarınin keçirilməsi gündəmə gətirildi.

Mousəvi əlavə edib: İran Xarici İşlər Nazirliyi həmçinin İran Səhiyyə Nazirliyinin ehtiyaclarının digər ölkələrdən, beynəlxalq təşkilatlardan təmin edilməsi istiqamətində bir sıra tədbirlər, o sıradan koronavirusun aradan qaldırılması istiqamətində qabaqlayıcı və müalicə ehtiyaclarının tərtib olunmuş siyahısının BMT-yə və əlaqədar beynəlxalq təşkilatlara təqdim olunmasını həyata keçiribdir.İranın diplomatiya aparatının sözçüsü söyləyib Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən olduqca təsirli yardımlar İrana köçürüldü. Həmçinin bəzi ölkələrdən, xüsusən Çin, Türkiyə və Avstriyadan müəyyən yüklər İrana göndərildi.

Mousəvinin sözlərinə görə, Almaniya, İngiltərə və Fransa tərəfindən təqdim edilən yardımlar da çərşənbə axşamı günü səhər İrana daxil olubdur.:

Bəzi ölkələrin humanitar yardımlarına görə təşəkkür edən İran Xarici İşlər Nazirliyinin mətbuat katibi koronavirus epidemiyası ilə təsirli mübarizəni təsirli beynəlxalq əməkdaşlığa şamil olan bir məsələ adlandırıb.

Mousəvi Amerikanın İrana qarşı birtərəfli sanksiyalarına da toxunub: İranda koronavirus epidemiyasından irəli gələn şərait Amerikanın İran xalqına, xüsusilə də tez zərər çəkə bilən təbəqələrə qarşı neqativ təsirlərini Avropa ölkələri xüsusiyyət təşkil etməklə dünya ictimaiyyətinə daha çox aşkar edibdir.

İİR XİN-İN KORONAVİRUSLA MÜBARİZƏDƏKİ TƏSİRLİ ADDIMLARI

 

Teqlər