Azərbaycan Prezidenti: "Apteklərdə maskaların çatışmazlığı müşahidə olunur "
https://azeri.sahartv.ir/news/Özəl-i358774-azərbaycan_prezidenti_apteklərdə_maskaların_çatışmazlığı_müşahidə_olunur
Azərbaycan Respublikası prezidenti bildirib ki, ölkəsinin apteklərində maskaların çatışmazlığı müşahidə olunur və buna heç cür izahat tapmaq mümkün deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2020 06:40 Asia/Baku
  • Azərbaycan Prezidenti: \
    Azərbaycan Prezidenti: \"Apteklərdə maskaların çatışmazlığı müşahidə olunur \"

Azərbaycan Respublikası prezidenti bildirib ki, ölkəsinin apteklərində maskaların çatışmazlığı müşahidə olunur və buna heç cür izahat tapmaq mümkün deyil.

İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edərkən bildirib ki, hazırda ölkədə kifayət qədər maska ehtiyatları var: “Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir”.

Prezident İlham Əliyev ictimaiyyətə üzünü tutaraq qeyd edib ki,  narahatlığa heç bir ciddi əsas yoxdur.

AZƏRBAYCAN R. APTEKLƏRİNDƏ MASKA ÇATIŞMAZLIĞI