Mart 06, 2020 04:26 Asia/Baku
  • Hindistan hökuməti ifratçı hindular qarşısında dayansın

İslam İnqilabının Böyük Rəhbəri Hindistanın məzlum müsəlmanlarının qırğın edilmələrini pisləyiblər.

İslam İnqilabının Böyük Rəhbərinin Əsərlərinin Qorunması və Yayılması Ofisinin informasiya saytının tvitter hesabının məlumatına görə, Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, dünya müsəlmanlarının ürəkləri Hindistanda müsəlmanların qırğın edilmələrindən narahatdırlar. O həzrət vurğulayıblar: Hindistan hökuməti ekstremist hindular və onlara tərəfdar partiyalar qarşısında dayanmalı və müsəlmanların qırğın edilmələrini dayandıraraq, özünün İslam Dünyasında təcrid olunmasının qarşısını almalıdır.

Hindistan vətəndaşlığı qanununa düzəliş 2019-cu il dekabrın 11-də qəbul olundu. Bu qanuna görə, 2015-ci ildən öncə mötəbər sənədləri olmadan Banqladeş, Əfqanıstan və Pakistandan bu ölkəyə daxil olmuş miqrantlar Hindistan vətəndaşlığını ala bilərlər, amma bu qanun müsəlmanlara şamil olmur.

Belə bir halda, bəzi ekstremist dəstələr Yeni-Dehlinin şimal-şərqində məscidləri dağıdıb və müsəlmansakinli məhəllələri benzin bombaları ilə hədəfə alıblar.

Hind rəsmilər tərəfindən elan olunmuş statistikalara görə, ötən bir həftə ərzindəki toqquşmalarda 46 nəfər ölüb, 300-dən çox insan da yaralanıbdır.

 

HİNDİSTAN HÖKUMƏTİ İFRATÇI HİNDULAR QARŞISINDA DAYANSIN

Teqlər