Mart 06, 2020 17:17 Asia/Baku
  • İranda koronavirusa yoluxanlardan 913 nəfər sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 913 nəfər sağalıb.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün deyib: İndiyədək İranda koronavirusa qəti yoluxma halı 4747 nəfərə, ondan irəli gələn ölüm halı isə 124 nəfərə çatıbdır.

Cəhanpour əlavə edib: 15981 nəfərdən çox şübhəli hal da xəstəxanalara yatırılıb və laboratoriyaların sayının artmasına görə, diaqnoz halları da artıbdır.

Koronavirus epidemiyası ötən ilin dekabrında Çinin Uhan şəhərindən başlanıb.

Bu virus indiyə kimi Çinin 30 əyalətindən əlavə, 86 ölkəyə də sirayət edibdir.

 

İRANDA COVID-19-A YOLUXANLARDAN 913 NƏFƏR SAĞALIB

Teqlər