Mart 06, 2020 20:25 Asia/Baku
  • AB Türkiyənin miqrantlardan bəhrələnməsini tənqid edib

Avropa Birliyinin xarici işlər nazirləri müştərək bəyanatda Ankaranın öz siyasi məqsədlərini həyata keçirmək üçün mühacirlərdən bir vasitə kimi istifadə etməsini rədd edib və onu qəbuledilməz adlandırıblar.

Avropa Birliyinin xarici işlər nazirləri Türkiyənin öz sərhədlərini Avropaya axın etmələri üçün miqrantların üzünə açmasını tənqid edilər. Onlar vurğulayıblar ki, Ankaranın Yunanıstan ilə sərhədlərini açmaq qərarı mühacirlər barədə Avropa İttifaqı ilə 2016-cı il razılaşmasına göz yummaq deməkdir.

Avropa Birliyinin xarici işlər nazirləri Zaqreb iclasının sonunda bir bəyanat yayıblar. Onlar bu bəyanatda Yunanıstan-Türkiyə sərhədinin durumundan nigarançılıq ediblər. Bildiriblər ki, Ankaranın bu qərarı qəbuledilməzdir və ondan siyasi təzyiq vasitəsi kimi istifadə pislənilir.

Bəyanatda vurğulanıb ki, Avropa Birliyinin xarici sərhədlərindəki şərait qəbuledilməzdir və miqrantlar Ankara tərəfindən qanunsuz surətdə quru və dənizdən sərhədi keçməyə təşviq və təhrik olunmamalıdırlar.

 

AB ANKARANIN MİQRANTLARDAN BƏHRƏLƏNMƏSİNİ TƏNQİD EDİB

Teqlər