Mart 06, 2020 19:47 Asia/Baku
  • Avropa və ABŞ-da koronavirusa yoluxanların sayı artıb

Çin və Cənubi Koreyada koronavirusa yoluxanların sayının azalmasına rəğmən, Qərb ölkələri yoluxanların sayının artması ilə üzləşirlər.

Röyters-in məlumatına görə, Çinin milli səhiyyə komissiyası bu gün səhər bildirib ki, KOVİD-19(COVID-19) virusundan gündəlik ölənlərin sayının azalması prosesi ötən gün ərzində də davam edibdir.

Çin hökuməti tərəfindən elan olunan statistikaya görə, bu gün səhərədək bu ölkədə143 yeni yoluxma halı və 30 yeni ölüm halı qeydə alınıb. Bu ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 80552 nəfərə, tələfatın sayı isə 3042 nəfərə çatıbdır.

Avronyus telekanalı da xəbər veribdir ki, Avropa qitəsində koronavirus epidemiyasının ocağı olan İtaliyada daha 41 nəfərin vəfat etrməsilə ölənlərin miqdarı 148 nəfərə çatıb. Həmçinin İtaliyada KOVİD-19-a 769 yoluxma halının əlavə olunması ilə bu ölkədə həmin virusa yoluxanların sayı 3858 nəfərə qalxıbdır.

Beynəlxalq Fransa radiosunun məlumatına görə, Fransa səhiyyə nazirliyi dünən gecə 138 yeni yoluxma halından və bütövlükdə 423 nəfərin yoluxmasından xəbər verib.

Dünən gecə Amerikada daha bir nəfərin həyatını itirməsilə bu ölkədə KOVİD-19 virusundan ölənlərin ümumi sayı on üç nəfərə çatıb. Bu virusun Amerikada yayılma sürəti o qədər yuxarıdır ki, ötən bir neçə saat ərzində daha dörd ştat bu virusa mübtəla olubdur.

Avstraliya hökuməti də 16 yaşlı bir məktəblinin bu virusa yoluxması ilə "Nyusavet Uels" ştatındakı məktəblərin bağlanması haqda göstəriş verib. Avstraliya inidiyədək 60 yoluxma və iki ölüm halı barədə məlumat veribdir.

Son statistikalara görə, indiyə kimi bütün dünyada 90 min nəfərdən çox insan koronavirusa yoluxub, üç min nəfərdən çox insan isə həyatını itiribdir.

 

AVROPA VƏ ABŞ-DA COVID-19-A YOLUXMA HALLARI ARTIB

Teqlər