Dünya azadlıqsevərləri Hindistan müsəlmanlarını müdafiə etsinlər
İranın insan haqları qərargahı bir bəyanatda hind müsəlmanlara qarşı vəhşicəsinə hücumları kəskin tərzdə pisləyib.
İranın insan haqları qərargahı Hindistan hökumətindən istəyibdir ki, bu ölkə müsəlmanlarının insani və vətəndaş hüquqlarını təmin etsin, islamofobları və zorakılıq edənləri cəzalandırsın və hind müsəlmanların yaşayışı üçün dinc mühit və təhlükəsiz bir cəmiyyət yaratsın.
Bəyanatda deyilir: Hindistandakı son olaylar məzlum hind müsəlman qardaş və bacılarımızın həyatı, namusu və əmlakını təcavüz və hörmətsizliyə məruz qoymazdan öncə bütün insanların abrı və insanlıq heysiyyətini hədələyərək, təhlükəyə salıb, insan ləyaqətini tapdayıb və əslində sığınacaqsız zəifləri bir qrup vicdansızın vəhşiliyinə məruz qoyubdur.
İranın insan haqları qərargahı hind müsəlmanlara qarşı vəhşicəsinə hücumları kəskin tərzdə pisləməklə bərabər, onun İngiltərə müstəmləkəçiliyinin Hindistanda müxtəlif dinlər və etnoslar arasında ixtilaf salmaq üzrə nəhs mirasından təsirləndiyini bildirir. İranın insan haqları qərargahı bu qənaətdədir ki, bu qanlı hadisələrin analizi və dəyərləndirilməsində Yəmən və Fələstində müsəlmanların vəhşicəsinə qırğın edilmələri üzərində təmərküzləşmədən müsəlmanlar xüsusiyyət təşkil etməklə dünya ictimaiyyətinin yayındırılması və səudarın təcavüzkarlığı və sionistlərin işğalçılığını gizlətmək üzrə ABŞ medialarının roluna göz yumulmamalıdır.
DÜNYA AZADLIQSEVƏRLƏRİ HİNDİSTAN MÜSƏLMANLARINI MÜDAFİƏ ETSİNLƏR