Mart 08, 2020 11:27 Asia/Baku
  • İranın koronavirus qarşısındakı müqaviməti sədaqətlidir

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyətinin sədri deyib ki, İran koronavirus qarşısında sədaqətlə dayanıb.

Koronavirusun vəziyyətini araşdırmaq üçün İranın Qum şəhərinə səfər edən Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyətinin sədri Riçard Brennan dünən axşamçağı Qum valisi Bəhram Sərməst ilə görüşdə deyib: İranda koronavirusa ilk yoluxma halı fevralın 19-da qeydə alınıb və ilk dəqiqələrdən İran İslam Respublikası bu epidemiya ilə mübarizə istiqamətində əlindən gələni edibdir.

Riçard Brennan dünən həmçinin Tehranda müxbirlərlə müsahibədə bildirib ki, İranın səhiyyə nazirliyi düzgün istiqamətdə irəliləyir. O. əlavə edib: İranda koronavirusun diaqnozu, müalicəsi və bu barədə informasiyanın verilməsi sahəsində heyranedici irəliləyişlər baş veribdir.

İranın səhiyyə nazirliyinin bildirdiyinə görə, indiyədək İranda KOVİD-19(COVID-19)-a yoluxanlardan 1669 nəfər sağalıbdır.

 

İRANIN COVID-19 QARŞISINDAKI MÜQAVİMƏTİ SƏDAQƏTLİDİR

Teqlər