İranda koronavirusun müalicəsi üçün düzəldilmiş dərmanların sınağına başlanıb
İranda "Kovid-19 Elmi Komitəsi"nin üzvü koronavirusa yoluxan şəxslərin müəyyən və müalicə edilmələri istiqamətində iranlı startap şirkətlər tərəfindən düzəldilmiş dərmanların kliniki sınağına başlanmasından xəbər verib.
İranda "Kovid-19 Elmi Komitəsi"nin üzvü Mostəfa Qanei koronavirusa yoluxan şəxslərin diaqnoz və müalicə edilmələri istiqamətində iranlı startap şirkətlərin məhsullarının son vəziyyəti barədə deyib ki, hazırda iki iranlı şirkət iki bitki dərmanı düzəltməkdədir. Bu dərmanlar koronavirusa yoluxanların müalicəsində istifadə olunacaq.
Qanei əlavə edib: Həmçinin iki digər şirkət də iki başqa dərmanın istehsalı sahəsində fəaliyyət göstərir. Onların dərmanı koronavirus əlamətlərinə malik olan şəxslərdə istifadə ediləcəkdir ki, boğaz və burunu hər cür virusdan təmizləmiş olsun.
İranda "Kovid-19 Elmi Komitəsi"nin üzvü bildirib ki, bu dərmanlar İranın səhiyyə nazilrliyinin əxlaq komitəsinin təsdiqnaməsini alıblar. O, deyib ki, bu dərmanların kliniki sınaqları martın beşindən başlanıbdır.
Qanei bildirib ki, həmin dərmanların kliniki sınaqları iki həftə davam edəcək. O qeyd edib ki, əgər bu sınaqların cavabı müsbət olarsa, iranlı şirkətlər onların iri həcmdə istehsalına başlayacaqlar.
İranlı startap şirkətlər bundan öncə də koronavirusu diaqnoz edən sınaq şüşələri düzəltməyə müvəffəq olmuşdular.
Rəsmi şəkildə KOVİD-19(COVID-19) adlandırılan koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkar edilib.
Bu virus hazırda Çindən əlavə, 103 ölkəyə sirayət edibdir.
Son məlumatlara görə, indiyədək dünyada 110 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan 62 min nəfərdən çox insan sağalıb, təqribən 3800 nəfər isə vəfat edibdir.
İRAN COVİD-19-U MÜALİCƏ EDƏCƏK DƏRMANLARI SINAYIR