Koronavirus Türkiyəyə çatıb
Türkiyənin səhiyyə naziri dünən gecə bu ölkənin bir vətəndaşının koronavirusa yoluxduğunu bildirib.
Fəxrəddin Koca bildirib ki, yüksək temperatur və öskürəklə müalicə mərkəzinə müraciət edən bir Türkiyə vətəndaşından koronavirus sınağı aparılıb və onun nəticəsi müsbət elan olunubdur.
Türkiyənin səhiyyə naziri bu xəstənin sağlamlıq durumunu yaxşı adlandırıb. Qeyd edib ki, bu şəxsin ailəsi və onunla təmasda olmuş şəxslər nəzarətə alınıblar.
Bu, Türkiyədə təsdiq olunan ilk koronavirusa yoluxma halıdır.
Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində müşahidə olunub və hazırda bu ölkənin otuz əyalətindən əlavə, dünyanın 110-dan çox ölkəsinə, o sıradan ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İtaliya, Ərəbistan və BƏƏ-yə sirayət edibdir.
Son məlumatlara görə, dünyada azı 116 min nəfər bu virusa yoluxub. Bu şəxslərdən təqribən 64 min nəfər sağalıb, 4 min nəfərdən çox insan isə həyatını itiribdir.
KORONAVİRUS TÜRKİYƏYƏ ÇATIB