Azərbaycanda koronavirusa yoluxanların sayı 12 nəfər  çatıb 
https://azeri.sahartv.ir/news/Özəl-i359189-azərbaycanda_koronavirusa_yoluxanların_sayı_12_nəfər_çatıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2020 10:55 Asia/Baku
  • Azərbaycanda koronavirusa yoluxanların sayı 12 nəfər  çatıb 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahdan  verilən məlumata görə, Azərbaycan Respublikasının iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.  Həmin şəxslər  xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyəti stabildir. 
Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağırdır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.
Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir, onların səhhətləri hazırda stabil normaldır. 
 Qeyd edəki Azərbaycanda 3 nəfər korona virusa yoluxmuş  şəxs sağalaraq evə buraxılıb  dünən italiyadan qayıdan16 nəfər tələbə isə hava limanından bir baaşa karantinə alınıb onların  hazırda həkim nəzarəti altında müayinələri  davam etirilir