ABŞ Avropadan müsafirlərin girişini qadağan edib
ABŞ prezidenti koronavirus epidemiyasına görə, avropalı müsafirlərin girişini qadağan edib.
Donald Tramp Amerikada koronavirus epidemiyasının Avropadan müsafirlərin girişindən irəli gəldiyini bildirib. Qeyd edib ki, İngiltərə istisna olmaqla Avropadan ABŞ-a müsafirlərin və əmtəə mallarının girişi otuz gün müddətinə qadağan edilir.
Tramp elə bir şəraitdə İngiltərə üçün istisna qoyubdur ki, son statistikalara görə, bu ölkədə 459 nəfər koronavirusa yoluxub, amma digər Avropa ölkələrində bu rəqəm çox-çox aşağıdır.
Amerikanın pay bazarında qiymətlər neft qiymətinin kəskin şəkildə aşağı düşməsi və koronavirus epidemiyası qorxusundan irəli gələn azalma prosesinin bir neçə gün davam etməsindən sonra çərşənbə günü yenə süqut edibdir.
Boeinq aviasiya şirkəti öz paylarının dəyərində 18,2 faiz azalma ilə Amerika birjasınını ən böyük məğlubu olubdur.
Bu, son üç gündə Boeinq-in pay dəyərində ən böyük tənəzzüldür. Bu göstərici hətta 2001-ci il 11 sentyabr terror hadisəsinin təsiri nəticəsində yaranmış azalmanı da ötüb keçibdir.
Belə bir şəratidə Ağ Ev-in milli təhlükəsizlik şurası göstəriş veribdir ki, koronavirusla bağlı yüksək səviyyəli iclaslar məxfi surətdə keçirilsin və onun məlumatları təsnifata ayrılsın.
Amerika ştat və şəhərləri də bu epidemiya ilə bağlı gediş-gəlişin qadağan olunması kimi geniş məhdudiyyətlər tətbiq ediblər.
ABŞ rəsmiləri indiyə kimi koronavirus nəticəsində 38 nəfərin ölümünü təsdiq ediblər.
ABŞ AVROPALI MÜSAFİRLƏRİN GİRİŞİNİ ƏNGƏLLƏYİB