Avropada COVID-19 qurbanlarının sayı artıb
Avropada koronavirus qurbanlarının sayı 930 nəfərə çatıb.
Digər tərəfdən, Avropada bu infeksiyaya yoluxanların sayı 22 min nəfərə çatıb.
Bu istiqamətdə son məlumatlara görə, İtaliya bu ölkədə 10149 yoluxma halının qeydə alınması ilə Avropa qitəsində koronavirusun mərkəzi hesab olunmaqda davam edir. İndiyə kimi İtaliyada 631 nəfər həyatını itirib. Mİn dörd nəfər isə bu xəstəlikdən sağalıbdır.
İtaliyada bu infeksiyanın yayılmasının ardınca digər Avropa ölkələri də sürətlə KOVİD-19(COVID-19)-a yoluxma hallarını qeydə almaqdadırlar. 48 ölü ilə İtaliyadan sonra rekordçu olan İspaniya 2182 yoluxma halı ilə İtaliyadan sonra ikinci yerdə gedir.
Fransa isə bu cəhətdən üçüncü pillədə durur. Belə ki, bu ölkədə 1784 yoluxma halı qeydə alınıb. 33 nəfər həyatını itirib, 12 nəfər isə öz sağlamlığını bərpa edibdir.
Almaniya 1656 infeksiyaya yoluxma halı və üç nəfərlik tələfatla dördüncüdür.
İndiyədək dünya boyu 122 min nəfərdən çox insan KOVİD-19-a mübtəla olub. 4390 nəfər də vəfat edibdir.
Bu arada 67 minə yaxın koronavirus xəstəsi isə öz sağlamlığını bərpa edibdir.
AVROPADA COVID-19 QURBANLARININ SAYI ARTIB