ABŞ-ın hava hücumunda 21 şəhid və yaralı
https://azeri.sahartv.ir/news/Özəl-i359231-abŞ_ın_hava_hücumunda_21_şəhid_və_yaralı
Amerikanın dünən gecə Həşduşşəbi-nin bazalarına qarşı təcavüzündə İraqın federal polisi və müdafiə nazirliyi qüvvələrindən 7 nəfər şəhid olub, 9 nəfər də yaralanıb. Bu arada Həşduşşəbi qüvvələrindən də 5 nəfər bədən xəsarəti alıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2020 16:40 Asia/Baku
  • ABŞ-ın hava hücumunda 21 şəhid və yaralı
    ABŞ-ın hava hücumunda 21 şəhid və yaralı

Amerikanın dünən gecə Həşduşşəbi-nin bazalarına qarşı təcavüzündə İraqın federal polisi və müdafiə nazirliyi qüvvələrindən 7 nəfər şəhid olub, 9 nəfər də yaralanıb. Bu arada Həşduşşəbi qüvvələrindən də 5 nəfər bədən xəsarəti alıbdır.

İraqda Əlnəcba hərəkatı Amerikanın Həşduşşəbinin bazalarına qarşı son hücumunu pisləyib və onu bu ölkənin suverenliyinin pozulması adlandırıb. Vurğulayıb ki, bu hərəkət bölgənin qapılarını qarşıdurmanın və onun qaydalarının dəyişməsinin üzünə açacaq.

Əlnəcba hərəkatı Amerikanın Həşduşşəbinin mövqelərinə qarşı son hücumundan sonra bir açıqlamada bildirib: Amerika bir daha imperialist və həyasızcasına, özünün işğalçı və qanunsuz qüvvələrindən istifadə ilə müqəddəs İraq torpaqlarında cinayətə əl atdı. Amerika Həşduşşəbinin, himayə qüvvələrinin və İraq ordusunun bazalarına, həmçinin Kərbəla hava limanına qarşı təcavüzlərini davam etdirir. Bu hərəkətlər, İraqın hava məkanı və suverenliyinin aşkar və misli görünməmiş şəkildə pozulması sayılır.

 

ABŞ-IN HAVA HÜCUMUNDA 21 ŞƏHİD VƏ YARALI