İmran xan bir daha ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvini istəyib
https://azeri.sahartv.ir/news/Özəl-i359602-İmran_xan_bir_daha_abŞ_ın_İrana_qarşı_sanksiyalarının_ləğvini_istəyib
Pakistanın baş naziri ABŞ prezidentinə xitabən deyib ki, Vaşinqtonun Tehrana qarşı sanksiyaları ləğv olunsun.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2020 05:33 Asia/Baku
  • İmran xan bir daha ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvini istəyib
    İmran xan bir daha ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvini istəyib

Pakistanın baş naziri ABŞ prezidentinə xitabən deyib ki, Vaşinqtonun Tehrana qarşı sanksiyaları ləğv olunsun.

İmran xan dünən bir tvitter mesajında Amerikanın İran xalqına qarşı sanksiyalarını zalımcasına və ədalətsiz bir hərəkət adlandırıb və ABŞ prezidenti Donald Trampdan istəyibdir ki, bu sanksiyaları ləğv etsin.

Pakistanın baş naziri bildirib ki, ABŞ-ın sanksiyaları İran xalqının koronavirusla mübarizəsinin problemlə üzləşməsinə və bu virus qarşısında sağlamlığın müdafiəsinə mənfi təsirlərə səbəb olubdur.

İmran xan vurğulayıb ki, koronavirusla mübarizə bəşəriyyətin birliyini tələb edir.

Pakistanın baş naziri ötən cümə günü də İrana qarşı birtərəfli sanksiyaların davam etməsini zalımcasına və ədalətsiz bir hərəkət adlandıraraq, dünya ictimaiyyətindən istəmişdi ki, bu sanksiyaların tez bir zamanda ləğv edilməsi üçün öz rolunu oynasın.

Pakistanın xarici işlər nazirliyi də dünən bildirib ki, bu ölkənin xarici işlər naziri Şah Mahmud Qureşi İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon əlaqəsi saxlayaraq, ona İslamabadın Amerikanın sanksiyalarına qarşı mövqeləri və sanksiyaların ləğvi üzrə diplomatik səyləri barədə məlumat verdi.

Məhəmməd Cavad Zərif Braziliya qəzeti "Fuliya de San-Paulo" ilə müsahibədə Amerika hökumətinin İrana qarşı sanksiyalar tətbiq etməsini pisləmişdi.

İranın xarici işlər naziri dedi ki, Amerikanın təhdidləri ucbatından avropalı tibb ləvazimatları şirkətləri bizimlə ticarət etməmək və onları bizə satmamaq qərarına gəlirlər. Buna görə, ABŞ tərəfindən İrana qarşı iqtisadi və müalicə terrorizminin tətbiqinin müxtəlif formaları mövcuddur. Bu hərəkətlər məhkəmə baxımından bəşəriyyətə qarşı cinayətdir.

İMRAN XAN İRANA QARŞI SANKSİYALARIN LƏĞVİNİ İSTƏYİB