İranın sağlamlığının keşikçiləri dünyanı heyran edirlər
https://azeri.sahartv.ir/news/Özəl-i359652-İranın_sağlamlığının_keşikçiləri_dünyanı_heyran_edirlər
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Amerikanın sanksiyalarına rəğmən, İranın sağlamlığının keşikçiləri bir daha dünyanı heyran edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2020 11:59 Asia/Baku
  • İranın sağlamlığının keşikçiləri dünyanı heyran edirlər
    İranın sağlamlığının keşikçiləri dünyanı heyran edirlər

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Amerikanın sanksiyalarına rəğmən, İranın sağlamlığının keşikçiləri bir daha dünyanı heyran edirlər.

Əli Şəmxani bu gün öz şəxsi tvitter səhifəsində yazıb: Müqəddəs Müdafiədə silah sanksiyasına rəğmən, iranlı gənclər fədakarklıq və yaradıcılıqla İraqın bəəs rejiminin məhv edilmiş diktatoru Səddamı və onların himayədarlarını məğlub edərək, dünyanı heyran etdilər.

Şəmxani sonra deyib: Tarix təkrarlanır. Bu dəfə İranın sağlamlığının keşikçiləri misli görünməmiş sanksiyalara rəğmən, həyatlarını təhlükəyə ataraq, bir daha dünyanı heyran edirlər.

Son həftələrdə İranda və dünya ölkələrində koronavirus pandemiyasının ardınca Türkiyə, Rusiya, Pakistan və Çin daxil olmaqla müxtəlif ölkələrin rəsmilərinin böyük bir hissəsi Amerikanın İran əleyhinə birtərəfli və qanunsuz sanksiyalarının ləğvini istəyibdir.

Əsas əmtəə mallarına və hətta dərman preparatlarına və tibbi avadanlıqlara şamil olan Vaşinqtonun birtərəfli və zalımcasına sanksiyaları koronaviruslu xəstələr xüsusiyyət təşkil etməklə İran xalqı üçün bi çox problemlərin yaranmasın bais olubdur.

Bununla belə, Amerika prezidenti Donald Tramp cümə günü vurğuladı ki, bu ölkənin İrana qarşı sanksiyalarının ləğvi ilə müxalifdir.

İRANDA SAĞLAMLIĞIN KEŞİKÇİLƏRİ DÜNYANI HEYRAN QOYURLAR