Mart 23, 2020 19:29 Asia/Baku
  • Sərhədlərdə ölüm
    Sərhədlərdə ölüm

Bir Qətər telekanalı bir sənədli filmdə Ərəbistanın müharibə nəticəsində yəmənlilər arasındakı kəskin yoxsulluqdan necə sui-istifadə etməsi və öz hərbi məqsədləri üçün onların bəzilərini xidmətə götürməsini ifşa edib.

Əlcəzirə telekanalı «Sərhədlərdə ölüm» adlı bu sənədli filmdə Ərəbistanın cənub sərhədlərindəki döyüş səhnəsinin arxası və sirrlərini ifşa edib.

Ərəbistan 2015-ci ildə və «Asifə əl-Həzm» əməliyyatı adı altında Yəmənə qarşı savaşın başlanmasından sonra müxtəlif hərbi diviziyalar yaradaraq, Yəmənlə sərhədlərindəki çox sayda cəbhələrdə yerləşdirdi.

Bu sənədli filmdə Ərəbistan sərhədlərində öldürülmüş yəmənli qurbanlardan birinin atası- Əli Əlhəcərə bildirir ki, Ərriyad Yəmən xalqının kəskin yoxsulluğundan və savaş nəticəsində yaranmış başgicəlləndirici bahalıqdan sui-istifadə edir və öz hərbi məqsədləri üçün yəmənliləri xidmətə götürür.

Bu sənədli filmdə Ərəbistanın Əlrəbuə sərhəd şəhərinin bombalanmasının təsirləri barədə təsvirlər göstərilir, amma qəribə məsələ, Ərəbistan ordusunun iştirak etməməsidir, halbuki şəhərdə xidmətə götürülmüş yəmənlilər və onların Yəmənlə sərhəddə döyüşmələri görünür.

Yoxsulluğa və ehtiyaca görə, Ərəbistanla həmkarlığa razılıq vermiş yəmənlilərin bir çoxunun yaşı azdır. Onlara pasport rolunu oynayan xüsusi kart verilir ki, onun vasitəsilə sərhədlər vasitəsilə Ərəbistana daxil ola bilərlər.

Əlcəzirə telekanalı sonra bildirib ki, xidmətə götürülmüş yəmənlilərə deyilir ki, bu xidmət «Cihadi Fisəbilillah»dır.

Sərhədlərdəki savaşdan geri dönmüş yəmənlilərdən biri bu sənədli filmdə bildirir ki, o qədər qorxuya düşmüşdü ki, kabusla yuxudan atılırdı və təkcə Yəmənə geri döndükdən sonra bu vəziyyəti arxada qoya bilibdir.

Onların qəbiristanlığının içərisindən yayılan film göstərir ki, bu yəmənlilərin dəfni kütləvi surətdədir. Onların Yəmənə göndərilməsinə icazə verilmir. Ailələrinin onların qəbirləri üstünə gəlməyə icazələri yoxdur və onlardan heç bir əsər-əlamət və kimlik qalmır.

SƏRHƏDLƏRDƏ ÖLÜM

 

Teqlər