ABŞ Suriyadakı terrorçulara hərbi sursat göndərir
Suriyalı didərginlərin qayıdışı məsələləri üzrə Suriya-Rusiya koordinasiya mərkəzi bildirib ki, Amerika koronavirusla mübarizə bəhanəsilə «Əlrəkban» düşərgəsinə yardım göndərmək çətiri altında Suriyadakı terrorçulara hərbi sursat göndərir.
Suriyalı didərginlərin qayıdışı məsələləri üzrə Suriya-Rusiya koordinasiya mərkəzi dünən bir açıqlamada bildirib ki, Amerika humanitar yardımlar çətiri altında terrorçulara həbir sursatla və yük maşınlarının keçidi məqsədilə BMT-yə təzyiq göstərir.
Açıqlamada sonra deyilir ki, Suriya «Əlrəkban» düşərgəsindəki bütün məhbusları terrorçulardan təmizlənmiş bölgələrə geri qaytarmaq üçün əzmkdardır, amma amerikalı tərəf əksər humanitar yardımlara yiyələnən silahlı yarımhərbçilər və terrorçu muzdurlar vasitəsilə məhbusların geri dönmələri qarşısında maneə törətməkdə davam edir.
«Əlrəkban» düşərgəsi Suriyanın cənubunda, amerikalıların işğalında olan Əltənf hərbi bazasının yaxınlığında yerləşir.
Amerikalılar indiyədək Suriya hökuməti tərəfindən «Əlrəkban» düşərgəsinə humanitar yardımların göndərilməsinə, həmçinin suriyalı didərginlərin çıxışına mane olublar.
ABŞ SURİYADAKI TERRORÇULARA HƏRBİ SURSAT GÖNDƏRİR