Dünyanın bugünkü əsas məsələsi, koronavirusla mübarizə olmalıdır
BMT-nin baş katibi deyib: Bu gün bütün dünyada təkcə bir məsələ olmalıdır və o da bizim koronavirusla birgə döyümüzdür.
Antonio Quterreş dünən sonra belə deyib: Dünyada döyüşən tərəflərin böyük bir qismi koronavirusla mübarizə istiqamətində döyüşlərin dayandırılması çağırışına müsbət cavab verdi.
Quterreş xəbərdarlıq edib ki, terrorçu və ifratçı qruplar koronavirusdan irəli gələn səbatsız şəraitdən sui-istifadə edəcəklər.
BMT baş katibi daha sonra vurğulayıb: Humanitar yardımların gəlib çatması imkanının yaranması üçün Suriyanın bütün bölgələrində döyüşlərin dayandırılmasının ardıncayıq. Yəməndəki döyüşlər husilər və çoxlu sayd digər tərəflərin himayələrinə rəğmən, artıbdır.
Quterreş söyləyib: Bütün tərəfləri Yəməndəki dəhşətli və kabuscasına döyüşləri dayandıraraq, müzakirə masası arxasında əyləşməyə dəvət ediririk.
BMT baş katibi həmçinin deyib: Liviyadakı döyüşlər günü-gündən artır. Halbuki Liviya hökuməti və Həftər qüvvələri döyüşlərin dayandırılmasına çağırışı rəğbətlə qarşılayıblar.
Antonio Quterreş çıxışının sonunda belə vurğulayıb: Koronavirus tufanı bütün döyüş meydanlarına gəlib çatacaq və bu virus öz yayılma sürətini göstərib və ağır şərait hələ gəlib çatmayıbdır.
2019-cu ilin dekabr ayının sonlarında aşkar edilən koronavirus üç ay ərzində 200-dən çox ölkədə və coğrafi bölgədə yayılıbdır. İndiyədək bir milyondan çox insan bu virusa yoluxub, 55 min nəfərdən çox insan da öz həyatını itiribdir.
DÜNYADA ƏSAS MƏSƏLƏ, COVID-19-LA MÜBARİZƏ OLMALIDIR