Rublun dolların yerini tutmasına təkid
https://azeri.sahartv.ir/news/Özəl-i360292-rublun_dolların_yerini_tutmasına_təkid
Nikol Paşinyan: Avrasiya İqtisadi Birliyi öz sövdələşmələrində dolları rubl ilə əvəz etməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2020 05:08 Asia/Baku
  • Rublun dolların yerini tutmasına təkid
    Rublun dolların yerini tutmasına təkid

Nikol Paşinyan: Avrasiya İqtisadi Birliyi öz sövdələşmələrində dolları rubl ilə əvəz etməlidir.

Nikol Paşinyan Ermənistan xalqının suallarına anlayn(online) şəkildə cavabda öz Facebook səhifəsində yazıb: Ermənistan hökuməti Rusiyaya təklif edibdir ki, həmin ölkədən satın aldığı qazın qarşılığında dolların yerinə, rubl ödəsin.

Paşinyan deyib: Məntiq tələb edir ki, Avrasiya Birliyinə üzv ölkələrin ticarət əlaqələri dollar ilə deyil, rubl ilə tənzim edilsin. O, ümidvarlıq edibdir ki, bu məsələ barədəki danışıqlar nəticə verəcəkdir.

Ermənistanın baş naziri həmçinin deyib ki, dünən Vladimir Putinlə telefon söhbətində ondan Rusiyanın Ermənistana ixrac etdiyi qazın qiymətinin artırılması ilə bağlı vasitəçilik etməsini istəyibdir ki, onun qiyməti hazırkı böhranlı şəraitdə qaldırılmasın.

Rusiyanın Qazprom şirkəti son zamanlar bildiribdir ki, Ermənistana ixrac etdiyi qazın qiymətini artırmaq niyyətindədir.

RUBLUN DOLLARIN YERİNİ TUTMASINA TƏKİD