Apr 08, 2020 11:21 Asia/Baku
  • Koronavirus hələ Rusiyada öz kulminasiya nöqtəsinə çatmayıb
    Koronavirus hələ Rusiyada öz kulminasiya nöqtəsinə çatmayıb

Rusiya prezidentinin sözlərinə görə, koronavirus hələ bu ölkədə öz kulminasiya nöqtəsinə çatmayıb və hamı özünü yeni şəraitlə üzləşməyə hazırlamalıdır.

Vladimir Putin dünən video-konfrans formasında keçirilən infeksion xəstəliklər üzrə mütəxəssislər və viruoloqlarla keçirdiyi iclasda sonra belə söyləyib: Hazırkı şəraitdə olduqca mühümdür ki, digər ölkələrin səhvlərindən çəkinək, onlardan dərs alıb, nəticəyə çataq və Rusiyanın elm icmasının mövqelərinə söykənək.

Rusiya prezidenti çıxışının digər bir hissəsində karantin dövrünün azaldılması və iqtisadi fəaliyyətlərin bərpası təklifini verib.

O, deyib: Hökumətin gəldiyi bütün qərarlar təhdid və vəziyyətə uyğun olmalıdır.

Putin ötən həftə bildirmişdi ki, Rusiyada aprelin 30-dək ümumi tətil olacaq və xalq yaxşı olardı ki, bu müddətdə öz evində qalsın və imkan daxilində evdən çölə çıxmasın.

Rusiyada koronavirus pandemiyası ilə mübarizə qərargahı bildirib ki, ötən sutka ərzində bu ölkədə daha 1154 nəfər koronavirusa yoluxub. Bu rəqəm bir gün ərzində qeydə alınmış yoluxanların sayı baxımından yeni bir rekorddur.

Həmçinin on bir nəfər də bu virusdan həyatını itirib və bu xəstəlikdən ölənlərin ümumi sayı 58 nəfərə çatıbdır.

Hazırda rəsmi statistikalara görə, Rusiyada 7497 nəfər koronavirusa yoluxub.

RUSİYADA COVID-19 HƏLƏ KULMİNASİYA NÖQTƏSİNƏ ÇATMAYIB

Teqlər