Apr 13, 2020 14:00 Asia/Baku
  • Koronavirus Amerikada yenidən tüğyan edib
    Koronavirus Amerikada yenidən tüğyan edib

Amerikada koronavirusdan ölənlərin sayı digər bir sıçrayışla 22 min nəfəri keçib.

Amerika mediaları bazar günü gecə bildiriblər ki, bu ölkədə ümumilikdə 560 min 402 nəfər koronavirusa yoluxubdur ki, onlardan 22 min 105 nəfər həyatını itiribdir.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri çatışmazlığı ilə üzləşibdir.

Belə bir halda, Amerikanın COVID-19 virusundan irəli gələn ölüm hallarının sayı baxımından öndə getməsi bu ölkənin müxtəlif şəhərlərində cəsədlərin dəfn olunmaları kimi böyük bir problem yaradıb və amerikalı rəsmiləri kütləvi qəbirlər təşkil etməyə məcbur edibdir.

Amerikada koronavirus pandemiyasının böyük sürətə malik olması nəticəsində ABŞ tarixində ilk dəfə olaraq, bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olubdur.

Ümumdünya Səhiyyə Təşkilatı martın 24-də elan etdi ki, Amerika yaxın gələcəkdə ehtimal üzrə koronavirusun sirayət etməsi ocağına çevriləcək.

Amerika xəstəxanaları cəmiyyəti martın 8-də bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, onlardan 480 min nəfər həyatını itirəcəkdir.

Amerikada Donald Tramp hökumətinin koronavirus pandemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edilibdir.

Trutos amerikan saytı son zamanlar bu ölkədə 28 milyon nəfərin slğorta xidmətlərindən istifadə etmədiyini bildirdi və bu ölkədə koronavirus pandemiyasını bir faciə adlandırdı.

COVID-19 ABŞ-DA YENİDƏN TÜĞYAN EDİB

Teqlər