Apr 16, 2020 15:25 Asia/Baku
  • Tramp ÜST-ə qarşı hərəkətinə görə tənqid olunur
    Tramp ÜST-ə qarşı hərəkətinə görə tənqid olunur

Trampın koronavirus böhranındakı qeyri-düzgün idarəçiliyi və Ümumdünya Səhiyyə Təşkilatının büdcəsini kəsməsi alman rəsmilərin tənqidləri ilə üzləşibdir.

Koronavirus qalmaqalında digər bir hadisə baş verdi ki, alman rəsmilər kənarından sükutla keçdilər.

Amerikanın Almaniyada yerləşən 20 atom bombasının 48 saat ərzində köçürülməsi və modernləşdirilərək, Almaniya ərazisinə qaytarılması hadisəsindən bir il ötür və son zamanlar Şpigel onu ifşa edibdir.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru dünən gecə Amerika prezidenti Donald Trampın bu təşkilatın büdcəsini kəsməsindən təəssüf ifadə edib.

Tedros Adhanom Cenevrədə keçirdiyi mətbuat konfransında sonra bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı büdcə çatışmazlığını aradan qaldırmaq və fəaliyyətinin durmadan davam etməsi üçün öz şərikləri ilə həmkarlıq edəcək.

Tramp çərşənbə axşamı günü Amerikanın Ümumdünya Səhiyyə Təşkilatına yardımlarının kəsildiyini bildirdi.

ABŞ prezidenti bu hərəkətini belə bir iddia ilə əsaslandırıbdır ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsindəki vəzifələrinin yerinə yetirilməsində müvəffəq olmayıb və buna görə cavab verməlidir.

Koronavirusun idarə olunması tərzinə görə öz ölkəsində tənqid atəşinə tutulan Tramp son günlər Ümumdünya Səhiyyə Təşkilatını şifahi hücumlara məruz qoyubdur.

Tramp həmçinin son günlər bir neçə dəfə Ümumdünya Səhiyyə Təşkilatını Çinin tərəfini saxlamaqda və koronavirus pandemiyası barədə ilkin məlumatları gizlətməkdə ittiham edibdir.

Tramp hökumətinin Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımlarını kəsmək qərarı dünya səviyyəsində geniş şəkildə pislənərək, ölkələr tərəfindən tənqid olunubdur.

TRAMP ÜST-Ə QARŞI HƏRƏKƏTİNƏ GÖRƏ TƏNQİD OLUNUR

Teqlər