Apr 18, 2020 12:00 Asia/Baku
  • Hindistanda koronavirus
    Hindistanda koronavirus

Hindistanda milyonlarla nəfər acdır və bu ölkədə əksər peşələr tətil olubdur. Özəl sektorda çalışan milyonlarla nəfər hazırda işsiz qalıbdır.

Koronavirusun bütün dünyanı özü ilə məşğul etdiyi bir şəraitdə dünyanın bu bölgəsində digər bir müsibət də var. Hindistanda milyonlarla nəfər acdır və bu ölkədə əksər peşələr tətil olubdur. Özəl sektorda çalışan milyonlarla nəfər hazırda işsiz qalıbdır. Bu şəxslər hazırda koronavirus pandemiyasına görə, peşələrin tətil olmasının nəticələrinə dözməli və diri qalmaq üçün mübarizə etməlidirlər.

Müsahibə: Əmin deyiləm ki, bu şəraitdən salamat qurtaraq. Peşələrin tətil olması bizi aradan götürəcək, zira bizim yaşayış üçün bir şeyimiz yoxdur. Hökumət bir neçə yerli mətbəx yaradıb və əhali arasında müəyyən miqdarda subsidiya paylanıbdır. Amma hamını əhatə etməyibdir. Onlar komendant saatını ləğv edə bilərlər ki, burada ölməkdənsə, öz kəndimizə qayıdaq.

Müsahibə: Onlar bizim kimi şəxslərin fikrində olmadan, komendant saatının xas bir növünü icraya qoyublar. Siz bilirsiniz ki, bizim əlimiz qidaya və suya çatmır və əgər gündə bir dəfə onları əldə edə bilsək, çox şanslı adam olmuş olarıq. Həyat yoldaşım bir evdə işləyirdi ki, bu şəraitin başlanması ilə daha onu qəbul etməyə hazır deyillər. Diri qalacağımıza əmin deyiləm.

Hindistanın baş naziri Narendra Modi çərşənbə axşamı günü bir çıxışda komendant saatını mayın 3-dək uzatdı. O, bu qanunun Hindistanın iqtisadiyyatında ağır nəticələr qoyacağını etiraf edib. Deyib ki, ona riayət xalqın həyatının qorunması üçün vacibdir.

Hindistanın baş naziri sonra deyib: İqtisadi cəhətdən bizə böyük zərbə dəyibdir. Amma xalqın sağlamlığı bizim üçün daha mühümdür. Bu virus bütün dünyaya yayılıbdır. Əgər biz cəld meydana girməsəydik, hazırda şahidi olduğumuz şəraitdən daha ağır şərait mövcud olmuş olardı.

Rəsmi statistikalara görə, Hindistanda on min nəfər koronavirusa yoluxub, təqribən 350 nəfər də onun nəticəsində həyatını itiribdir. Amma onun kəskin şəkildə artacağı, sonra da Hindistan xəstəxanalarının xəstələrlə aşıb-daşacağı barədə ciddi nigarançılıqlar mövcuddur.

PLATO: Hindistan hökuməti bildiribdir ki, əgər komendant saatı tətbiq olunmasaydı, koronavirusa yoluxanların sayı aprelin ortalarınadək 820 min nəfərə çatardı. Hazırda Hindistanda komendant saatının şiddətinin azaldılması haqda qəraragəlmə, qarşıdakı həftələrdə koronavirusun yayılmasının miqdarına təsir göstərəcək.

Monvar Zaman- Press TV-nin Yeni-Dehlidəki müxbiri

HİNDİSTANDA KORONAVİRUS

Teqlər