Apr 19, 2020 23:09 Asia/Baku
  • Amerika diqqəti iqtisadi terrorizmdən yayındırmaq istəyir
    Amerika diqqəti iqtisadi terrorizmdən yayındırmaq istəyir

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi ABŞ dövlət katibinin İranın silah məhdudiyyəti haqdakı iddiasına cavab olaraq deyib ki, bu sözlər diqqətləri İran xalqına qarşı iqtisadi terrorizmin davam etməsindən yayındırmaq üzrə digər bir cəhddir.

Məcid Təxte Rəvançi öz tvitter səhifəsində Amerikanın diqqətləri İran xalqına qarşı iqtisadi terrorizmdən yayındırmaq üzrə səyinə toxunub və belə yazıb: Bu dəfə Amerika BMT-nin Təhlükəsizlik Şurasından istəyir ki, 2231 saylı qətnaməni pozaraq, İrana qarşı silah məhdudiyyətlərini davam etdirsin.

O, sonra vurğulayıb: Amerika başqalarını beynəlxalq qanunları pozmağa sövq etdirməyə nail olmayacaq.

ABŞ-ın dövlət katibi Mayk Pompeo şənbə günü bir tvitt-də anti-İran iddialarını təkrar edib və belə yazıb: İran Yaxın Şərqdə yeni silah rəqabətinə başlamazdan öncə Təhlükəsizlik Şurası onların silah sanksiyasını uzatmalıdır.

BMT Təhlükəsizlik Şurasının İrana qarşı silah sanksiyaları İrana silah satışı və İrandan silah ixracatını qadağan etmək məqsədilə 2006 və 2007-ci illərdə tətbiq edildi.

Nüvə anlaşmasından sonra qərara alındı ki, bu sanksiyalar MAQATE-nin hesabatı İranın nüvə proqramının dinc məqsədli olduğunu təsdiq edəndən sonra və 2020-ci ilin 18 oktyabrında götürülsün.

ABŞ DİQQƏTİ İQTİSADİ TERRORİZMDƏN YAYINDIRMAĞA ÇALIŞIR

 

Teqlər

Şərhlər