Apr 19, 2020 12:56 Asia/Baku
  • ABŞ-ın xəstəlik yaradan məhsullar istehsalı ifşa olunub
    ABŞ-ın xəstəlik yaradan məhsullar istehsalı ifşa olunub

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ifşa edib ki, amerikalılar hərbi məqsədlərlə üçüncü ölkələrdə xəstəlik yaradan amillər üzərində işləyirlər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ehtimal üzrə Amerikanın digər ölkələrdəki bioloji laboratoriyalarında təhlükəli xəstəlik yaradan amillərin düzəldiyini bildirib.

O, deyib: Moskva Amerikanın bu ölkə xaricində, xüsusən keçmiş sovet respublikalarındakı bioloji iştirakının gücləndiyini başa düşüb.

Zaxarova bildirib ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığındakı «Riçard Ci. Loger» ümumi səhiyyə mərkəzinin maliyyə mənbələrini Amerika təmin edir.

O, sonra deyib: Bu mərkəz infeksiyon xəstəliklərin yayılması barədə əhatəli araşdırmalar sahəsində rəsmən Amerikanın hərbi sisteminin bir hissəsi hesab olunur. Əldə olunmuş məlumatlar göstərir ki, son zamanlar Pentaqon rəsmilərindən bəziləri bu mərkəzdə olaraq, Gürcüstan rəsmilərinə araşdırma sahələrini genişləndirməyi təklif ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Biz Rusiya sərhədləri yaxınlığında amerikalıların təhlükəli potensial bioloji infrastrukturlarının yaradılması reallığına göz yuma bilmərik.

Rusiya dəfələrlə Amerikanın onun sərhədləri yaxınlığındakı düşmənçilik hərəkətləri haqda nigarançılıq edibdir.

Bundan öncə də medialar Estoniya-Rusiya sərhədi yaxınlığında Amerikanın gizli bir bazasının mövcud olduğunu xəbər vermişdilər.

 

Teqlər