Amerikada latın mənşəlilər koronavirus təzyiqi altında
Amerikada koronavirusa yoluxmuş latın mənşəlilərinin sayı onların yaşadıqları bölgələrdə ağdərililərdən üç dəfə çoxdur.
Qardian qəzetinin məlumatına görə, Amerikanın Yota ştatındakı latın mənşəlilər ağdərili sakinlərdən üç dəfə çox koronavirusa yoluxaraq, yatırılıblar. Halbuki latın mənşəlilər bu ştat əhalisinin 14 faizini təşkil edirlər.
Oreqon, Nyu-Cersi və Vaşinqton ştatlarındakı latın mənşəlilər də sıra ilə 22, 19 və 25 faiz qədər koronavirusa yoluxublar.
Qardian qəzeti yazır: Qeyri-mütənasib şəkildə koronavirusa yoluxmuş və bu virus böhranından ən pis zərbə almış Amerikanın latın mənşəliləri minimum həddə səhiyyə qoruyucuları və işsizlik məziyyətlərindən istifadə edirlər.
Həmçinin latın mənşəlilər Amerika vətəndaşları arasında ən çox sığorta olunmamış əhalini təşkil edirlər.
Bu məlumatda Amerika prezidenti Donald Trampın mühacirlərə qarşı siyasətləri latın mənşəlilərin sağlamlıq sığortası və dövlət məziyyətlərindən məhrum olmalarının amili kimi dəyərləndirilibdir.
ABŞ-DA LATIN MƏNŞƏLİLƏR COVID-19 TƏZYİQİ ALTINDA